Şənbə, 04 May

"Real Madrid"in prezidenti Luiş Fiqudan üzr istədi

image

İspaniyanın "Real Madrid" klubunun prezidenti Florentino Peres sabiq futbolçu Luiş Fiqudan qalmaqallı səs yazısına görə üzr istəyib.

Xəbər verilir ki, 49 yaşlı keçmiş yarımmüdafiəçi bu barədə "Mundo Deportivo"ya açıqlamasında məlumat verib.

Fiqu Pereslə danışmaq imkanı əldə etdiyini bildirib: "O, məndən üzr istədi və bu məsələ bağlandı".

Qeyd edək ki, daha əvvəl İspaniyanın "El Confidencial" nəşri Florentino Peresin səs yazısını yayıb. 74 yaşlı funksioner Madrid təmsilçisinin bir neçə sabiq oyunçusunu və məşqçisini tənqid edib. Peres Fiqunun paltardəyişmə otağında hər şeyi qarışdırdığını və Raul Qonsaleslə birlikdə "ən pis" olduğunu söyləyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15